Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanında Rusiyanı sərt tənqid edib.
Ər-Riyadda açıqlamalar verən Əhməd Davudoğlu Rusiyanın Su-34 döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə sərhədini pozmasına toxunub.
“Rusiya törətdiyi sərhəd pozuntusunun üstünü örtə bilməz. Türkiyə Rusiya ilə gərginliyi artırmağın tərəfdarı deyil. Rusiyanın Suriya məsələsində xoş niyyətli olmadığını görürük”,- deyə Türkiyə baş naziri bildirib.
Əhməd Davudoğlu Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanı ilə Türkiyənin həmfikir olduğunu vurğulayıb: “Suriya, İraq və bölgə barədə siyasətimiz eynidir. Səudiyyə Ərəbistanı ilə birlikdə mülayim müxalifətə dəstək verəcəyik”.


