Vəkil Rüfət Səfərovun həyatından narahatdır

BehruzHazırda ev dustağı olan keçmiş müstəntiq Rüfət Səfərovun təhlükəsizliyi ilə bağlı müdafiə tərəfi narahatdır. Bununla bağlı onun vəkili Bəhruz Bayramov “Azadlıq” qəzetinə verdiyi açıqlamada bildirib.

Vəkil qeyd edir ki, Rüfət Səfərovun yaşadığı bina, blok və ətraf sahəni şübhəli şəxslərin müşahidə altında saxladığı hiss olunur. Bu isə onun ciddi nəzarət altında saxlandığını düşünməyə əsas verir. Müdafiə tərəfi ehtiyat edir ki, hansısa maraqlı qüvvələr Rüfət Səfərovun həyatına qəsd təşkil edə bilər. Bu isə istintaqın özünü də olduqca arzulanmaz vəziyyətə sala bilər. Vəkil aidiyyatı orqanlardan buna diqqətlə yanaşmağı, Rüfət Səfərovun təhlukəsizliyi məsələsinə ciddi yanaşmağı xahiş edir.

Vəkil həmçinin, bur müddət əvvəl Rüfət Səfərovun naməlum nömrələrdən təhqiramiz, hədələyici və hətta ölümlə təhdid edən zəng və mesajlar aldığını da yada salır. Bildirir ki, bütün bunlar müdafiə tərəfin narahatlığını artırır.

B.Bayramov bildirir ki, R.Səfərovla görüşərək, bundan sonrakı hüquqi müdafiə tədbirlərini müzakirə ediblər. “Təbii ki, müdafiə tərəfi olaraq ittihamın huquq, eləcə də qüvvədə olan Cinayət və Cinayət Prosessual məcəllələrin tələblərinə ziddiyyət olduğu barədə fikrimizdə təkidliyik”, – deyə vəkil vurğulayıb.