Bakının mərkəzində “BakuBus”un 14 saylı marşrutu üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusunu daşa basan şəxslər saxlanılıb. Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Abdulla Novruzov və Mircavad Məmmədov yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində, Dilarə Əliyeva küçəsində avtobusun daşa basılması nəticəsində onun şüşələri sınmış və bir nəfər xəsarət almışdı.
(lent.az)