Sumqayıtda “Karvan” ticarət mərkəzində etiraz aksiyası keçirildi

calilabad-aksiyaSumqayıt şəhərində “Karvan” ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirib.

Səhər saatlarında başlayan aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olmasıdır. Hadisə yerinə şəhər icra başçısının müavini Akif Quliyev, ticarət departamentinin məsul şəxsləri gəlib.

Bildirilir ki, artıq “Karvan” TM-in rəhbərliyi aksiyaçılara güzəştə gedib. Belə ki, icarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edib və vergilərdən azad olunublar.

 

(lent.az)