Hökumətin borc istəməsi təsdiqləndi VİDEO

VIDEO0390_0000056026Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) iləmilyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparıldığı barədə məlumat yayılıb. Lakin maliyyə naziri Samir Şərifov yayılan məlumatları təkzib edib və hökumətin heç bir qurumdan maliyyə yardımı istəmədiyini bildirib.

Artıq Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DBnümayəndələri isə  Maliyyə Nazirliyində görüşlər keçirib. Görüşdən sonra ANS-ə açıqlama verən nümayəndə heyətinin üzvü görüşün səmərəli keçdiyini, Azərbaycan hökumətinin maliyyə yardmı ilə bağlı addımını dəstəklədiklərini bildirib.