Bakıda avtobus sürücüsü ilə dispetçerlər arasında dava-dalaş olub.
Lent.az-ın məlumatına görə, 36 saylı xətt avtobusunda sürücü işləyən Əsədov Zaur İman oğlu 33-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, yanvarın 27-də Yeni Günəşli qəsəbəsi V yaşayış massivində marşrutun dispetçerləri onu döyüb. Şikayətçi qeyd edib ki, Vüqar və Mübariz adlı şəxslər onun cibindəki 22 manat pulu da götürüblər.
Müraciət əsasında araşdırma aparılır.