Hökumət ölkəni borc bataqlığına sürükləyir

nazirler-kabineti

Beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılır; hökumətin qarşısında hansı şərtlər irəli sürülüb?

Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparıldığı barədə məlumat yayılıb. BVFnin nümayəndəsiFinancial Timesqəzetinə bildirib ki, bu məsələnin müzakirə üçün BVF DB nümayəndələri 28 yanvar – 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir“, – deyə o bildirib.

Dünya Bankının Bakı ofisindən isə AzadlıqRadiosuna bildiriblər ki, Beynəlxalq Valyuta Fondunun Dünya Bankının nümayəndələri Bakıda ənənəvi qiymətləndirmə üçün səfərdədirlər. Bank Azərbaycana lazım olan yardımı etməyə hazırdır: “Dünya Bankı BVF yerli valyutaya təzyiq neftin ucuzlaşmasına cavab olaraq uzunmüddətli qısa müddətli tədbirlər görülməsi məqsədilə Azərbaycanla danışıqlar aparır. Dünya Bankı Azərbaycana lazım olan yardımı, o cümlədən büdcəyə dəstəyi göstərməyə hazırdır“.

Dünya Bankından bildiriblər ki, yardım təşəbbüsü Azərbaycan hökumətindən gəlməyib hələ tərəflər müzakirə aparırlar.

Azərbaycanın maliyyə naziri Samir Şərifov da yanvarın 28-də keçirdiyi mətbuat konfransında bu barədə danışıb. O, bildirib ki, hələlik Azərbaycan BFV DB təcili borc əldə etməklə müraciət etməyib. Lakin maliyyə naziri belə bir müraciətin mümkünlüyünə işarə vurub: “Biz 3 aydan sonra, 5 aydan sonra, bu ilin ya gələn ilin əvvəlində müraciət edə bilərik“.

Hökumətdən ciddi islahatlar tələb olunur

Məlumatlara görə, BVF DB Azərbaycan hökumətinin diqqətinə çatdırıb ki, yalnız ölkədə ciddi islahatlar aparılacağı təqdirdə borc verilə bilər. Samir Şərifov da mətbuat konfransında bunu təsdiqləyib. Maliyyə naziri deyib ki, müzakirələr zamanı xüsusi olaraq iqtisadi liberallaşma biznes mühitinin yaxşılaşdırılması başlıca mövzu olub. Beynəlxalq maliyyə qurumları Azərbaycan hökumətindən bürokratiyanın azaldılmasını və daha effektiv idarəçiliyin qurulmasını tləb edirlər.

Bundan başqa “Homura İnternationalşirkətinin bazar strategiyası üzrə nümayəndəsi Timoti bu məsələ barədəBloombergə açıqlamasında deyib ki, BVF iqtisadiyyatda, o cümlədən bank sektorunda geniş mənada şəffaflıq təmin olunduğu halda maliyyə yardımı göstərir. Azərbaycan hökuməti isə bu tələbə cavab verən addımlar hələ də atmır: “Bu günə qədər Əliyev rejiminin bu tələblərə uyğun kifayət qədər addım atmamasının şahidiyik“.

Göründlüyü kimi Azərbaycan hökuməti ölkəni tez ya gec daha bir neçə milyard borca salacaq.

“Övladlarımızın gələcəyinə əl uzadırlar”

AXCP sədri Əli Kərimli də feysbuk səhifəsində məsələyə münasibət bildirib. O, hökumətin gələcək nəsillərin üzərinıə borc yığmaq istəyini tənqid atəşinə tutub: “Bizim nəslin həyatını məhv edib, övladlarımızın gələcəyinə əl uzadırlar. Hökumətin Beynəlxalq Valyuta Fondu Dünya Bankından 4 milyard dollar kredit almağa hazırlaşması hamını narahat etməlidir. Açıqaşkar ölkəni borc bataqlığına yuvarlayırlar. 100 milyarddan artıq neft gəlirini, 25 milyarddan artıq xarici borcu dağıdanlar üçün 4 milyardı yox etmək nədir ki? Aydındır ki, köklü islahatlar olmayacağı təqdirdə o 4 milyard da ölkənin problemlərini həll etməyəcək. Hökumət korrupsiyadan, inhisarçılıqdan imtina edib, islahatların önünü açmaqdansa, daha asan, lakin perspektivsiz yola baş vurdu.

BVF DB Azərbaycana krediti yalnız çox ciddi siyasi iqtisadi islahatlar şərtilə verə bilər. Əks təqdirdə Azərbaycana ayıracaqları kreditin xalqımızın milyardları kimi bata biləcəyini anlamalıdırlar“.

İnformasiya şöbəsi