Rusiya yazıçılarından İlham Əliyevə çağırış

ilhamaliyev-shekide1Saday Şəkərlini xilas edin!

Rusiya Yazıçılar Birliyinin sədri V.N.Qaniçev Rusiya yazıçıları adından Azərbaycan prezidenti Ilham Əliyevə müraciət yollayıb. Həmkarlarının qondarma ittihamla həbsindən narahat olan yazıçılar ölkə başçısını məsələyə müdaxilə etməyə çağırır. Çağırışdı deyilir:

“Bizə məlum olmuşdur ki, həmkarımız yazıçı Şəkərli Saday Əsəd oğlunu günün günorta çağı, öz doğma şəhərinin küçəsində hüquq mühafizə orqanlarının əməkdaşları saxlayıb. Saday Şəkərli bir Azərbaycan vətənpərvəridir. O, Bəcirəvan kəndində anadan olmuş, öz vətəni, öz xalqı haqqında çoxlu kitablar yazmışdır. O, yazıçı üçün xarakterik olmayan qorxunc ittihamda günahlandırılır. Aydındır ki, onun həbsi hansısa ”zorakılıqlarla”, məhz yazıçı sənəti ilə bağlıdır. Çünki yazıçının kitablarında hər zaman ölkədəki mövcud qaydalarla bağlı tənqidlərə yer verilir və o, yazıçı kimi sosial cəhətdən çətin vəziyyətdə olan həmyerlilərinə qəlbi yandığını gizlətmir. Yazıçının həbsini bu gün dəyərləri vicdanlı insanlar üçün yalnız tələ olan bizim müasir sivilizasiyada yaşanan humanitar fəlakətin hüznü kimi istifadə etmək istəmirik. Saday Şəkərli Əsəd oğlu ədəbi qəhrəman, siyasi qarşıdurmaların əfsanələşdirilmiş xadimi deyil. O yalnız öz yazıçı vəzifəsi ilə insanın əzab-əziyyətlərinə adi mərhəmətdən məhrum olmayan insandır. Və onu yalnız bizim cavab mərhəmətimiz, onun həyat və taleyinə biganə qalmamağımız qoruya bilər. Cənab prezident, biz sizə hüquq mühafizə orqanlarının işinə qarışmaq, məsələni aydınlaşdırmaq, kitabları Azərbaycan, Rusiya, Türkiyə, Iran və Amerikada çap etdirilmiş və Azərbaycan ədəbiyyatının şöhrətini artırmış yazıçı Şəkərli Saday Əsəd oğlunu xilas etmək xahişi ilə müraciət etmişik.

Rus yazıçıları: Yusiy Bondarov, Stanislav Kunyayev, Aleksandr Proxanov, Viktor Lixonosov, Yuriy Loşiç, Aleksandr Borvov, Mixail Qodenko, Semen Borzunov, Vladimir Krupin, Vladimir Bondarenko, Valeriy Isaev, Rusiyanın xalq artisti Mixail Nojkin, Mixail Lobanov, Vladimir Kostrov, Aleksandr Seqen, Sergey Kuliçkin, Konstantin Skvorçov, Sergey Kotkalo, Qennadi Ivanov, Larisa Baranovna, Qonçenko, Nikolay Doreşenko, Nikolay Ivanov, Iqor Yanin, Viktor Linnik, Sergey Perevezençov, Valeri Xayryuzov, Marat Munsin, Viktor Quminski, Aleksandr Fomenko, Andrey Peçerski, Sergey Proxorov, Svyataslav Ivanov (Voronej), Yelena Kuzmina (Arxangelsk), Yelena Qalimova (Arxangelsk), Mixail Çvanov (Ufa), Mixail Popov (Arxangelsk), Vasili Kozlov (Arxangelsk), Yevqeni Kulkin (Volqaqrad), Nikolay Aleksandrov (Novosibirsk), Kim Balkov (Irkutsk), Nikolay Luqinov (Yakutsk), Boris Orlov (Sankt-Peterburq), Nikolay Yeqorov (Tümen) və başqaları.