Credit Suisse: Neftdə “dib” görülməyib

Credit SuiCredit Suisse-ın analitikləri neftin qiymətlərində hələ dib səviyyənin görülmədiyini qeyd edərək qiymət proqnozlarını endirib.

Credit Suisse analitiklərinə görə, neft qiymətlərində dib hələ görülməyib.

Credit Suisse-ın qlobal enerji üzrə iqtisadçısı Jan Stuart qiymətlərdə hələ ki, dibin görülmədiyini bildirib və ilk rüb üçün Brent neftinin qiymət proqnozunu 51.25 dollardan 29.25 dollara, ABŞ nefti üçün isə 47.50 dollardan 30 dollara endirib.

Stuart yazdığı arayışda qiymətlərin bu il artan durğunluq narahatçılıqları və risklər səbəbindən çökdüyünü bildirib. Stuarta görə, ehtiyatlar azalmağa başlayana qədər qiymətlərin qalxması üçün əsas təsdiqedici səbəb görünmür.

Təşkilata görə, Brent neftdə orta qiymət bu il 36.25 dollar, 2017-də isə 54.25 dollar olacaq.

Credit Suisse qiymət proqnozunda dəyişikliyə gedən yeganə qurum deyil. Bank of America Merill Lynch, Barclays, HSBC və Citi də bu il üçün neft gözləntilərini aşağı salıb.

 

(marja)