Bakıda zəncirvari qəza – 22 maşın toqquşdu

qeza-bahali-masinÖtən gündən bu gün səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 22 zəncirvari yol qəza hadisəsi qeydə alınıb.

Bu haqda Modern.az saytına məlumat verən  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, zəncirvari qəzalarda xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəyib.

“Ötən gün həmçinin iki nəfərin xəsarət alması ilə nəticələnən toqquşma hadisəsi baş verib”.