Azərbaycanda qızıl kəskin bahalaşıb

Əhali əlində olan qızılı satırqizil-lombard

Ərəb qızılının satışı dayanıb, italyan və türk qızılı bahalaşıb

Manatın devalvasiyası və gömrük rəsmiləşdirilməsində baş verən dəyişikliklər Azərbayanda qızılın qiymətinə də təsir edib. Son vaxtlar dünya bazarında qızılın qiymətin artmamasına, hətta bir qədər azalmasına baxmayaraq Azərbaycanda qızıl kəskin bahalaşıb.
Qızıl bazarındakı satıcılar bildiriblər ki, hazırda bazarda dövriyyədə olan qızıllar rus, türk və italiyan qızıllarının qiyməti ümumilikdə 2 dəfə artıb. Bir də əyyarı hamısından yüksək olan ərəb qızılı var ki, onun satışı hazırda dayanıb.
Bu qızılların «lom» (xammal) qiymətləri hər iki devalivasiyadan əvvəl indikindən kəskin fərqlənirdi. Belə ki, 1-ci devalvasiyadan əvvəl, yəni dolların məzənnəsi 0,78 manat olanda rus və tük qızılının bir qramının «lom» qiyməti 16 manat idisə, birinci devalvasiyadan sonra qiymət 20 manat olub. Türk qızılının devalvasiyadan əvvəllər satış qiyməti 22-25 manat olub, birinci devalvasiyadan sonra qiymət 30-33 manat olub. Rus qızılı birinci devalvasiyadan əvvəl 22-23, sonra 28-30 olub. İtalyan qızılı əvvəl 36-42, sonra50-55 olub. Hazırda rus və türk qızılının bir qramının lom qiyməti 31 manatdır. Rus qızılı almaq istəyən müştərilər üçün satış qiyməti qramla 40-45 manatdır. Türk qızılının bir qramının satış qiyməti 50-60 manatdır.
İtaliyan qızının qramı devalvasiyadan əvvəl 20-21 manat idi, ilk devalvasiyadan sonra 26 manat olub. İndi isə 750 əyyarlıq italiyan qızılının bir qıramının «lom» qiyməti 40 manatdır. İtaliyan qızılının bir qramının bazardakı satış qiyməti 60-80 manat arasındadır.
Bazarda hazırda satışı dayanan ən yüksək əyyara (785 əyar) sahib ərəb qızılı isə hazırda 46,5 manatdır. Devalvasiyadan əvvəl bir qramın “lom” qiyməti 24 manat idi, ilk devalvasiyadan sonra isə bu rəqəm 30 manat olub.
Bazarda vəziyyətin gərgin olduğunu deyən satıcılar, alıcılıq qabiliyyətinin dayandığını bildirirlər. Onların sözlərinə görə, hazırda qızıl satışı demək olar ki, dayanıb, insanlar mağazalara yalnız qızılı satmaq üçün gəlirlər.
Satıcılar, ölkəyə gətirilən qızılın kəskin bahalaşdığını da bildirirlər. Onların sözlərinə görə, əvvəllər ölkəyə gətirilən qızılın bir kiloqramına görə təqribən 3 min manat rüsum ödənilirdisə, hazırda bir kiloqram qızıla görə, ödəniş 12 min manata yüksəlib. Buna görə də çatıcıların əksəriyyəti xaricdən qızıl gətirmir. İndiyədək əlində olan qızılları satır. (fins.az)