AŞ PA-nın yeni sədri Əliyevlə korrupsiya əlaqəsində ittiham olunur

pedro-agramunt«Deutche Welle»: »Azərbaycan üzrə həmməruzəçi olduğu dövrdə səxavətli hədiyyələr qarşılığında bu ölkədəki repressiyaları «görmürdü»

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri postuna ispaniyalı Pedro Aqramuntun seçilməsi birmənalı qarşılanmayıb. Xüsusən onun adının Əliyev rejimilə korrupsiya əlaqələrində hallanması, onun Azərbaycan üzrə həmməruzəçisi olduğu dövrdə bu ölkədəki siyasi repressiyalara göz yumması AŞ PA sədri pozulmasından dərhal sonra Avropa mətbuatında yenidən gündəmə gəlib. Bu barədə Almaniyanın nüfuzlu “Deutche Welle” nəşri yazır. Məqalənin tərcüməsini təqdim edirik:

***

Avropa Şurası Parlament Assambleyasının yeni sədri Pedro Aqramunt Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda, vurğulayır ki, Rusiya ilə dialoq olmadan konfliktin həlli mümkün deyil.

Yanvarın 25-də AŞ PA-nın qış sessiyasının ilk iclasında deputatlar növbəti iki il üçün bu təşkilata sədr seçiblər. AŞ PA-nın yeni sədri 64 yaşlı ispaniyalı, Avropa Xalq Partiyası fraksiyasının lideri Pedro Aqramunt olub.

AŞ PA sədri kimi ilk çıxışında o bildirib ki, Gürcüstanda müharibəyə başlamaqla, Krımı ilhaq etməklə, Donbassdakı separatçılara dəstək verməklə Rusiya Avropanın təhlükəsizliyinin əsaslarını pozur. Aqramuntun sözlərinə görə, Ukraynada vəziyyət Avropa Şurasında narahatlıq doğurur, çünki Ukraynanın hökumətin nəzarətində olmayan əraziləri insan haqlarının pozulduğu məkana çevrilib.

AŞ PA rəhbəri qeyd edib ki, rəsmi Moskva həmin ərazilərin Kiyevin nəzarətinə qaytarılması üçün ondan asılı olan bütün addımları atmalıdır.

“Ukraynanın prezidenti isə ölkənin şərqi ilə dialoqa hazır olmalıdır”, – deyə Aqramunt bildirib. Onun sözlərinə görə, Ukrayna hökuməti silahlı konfliktdən əziyyət çəkən regionlara iqtisadi dəstək göstərməlidir.

Aqramunt deyir ki, Rusiya Ukraynadakı konfliktin nizamlanmasında vacib rol oynamalı, bununla belə, Avropa dəyərlərinə də hörmət nümayiş etdirməlidir: “Biz isə öz tərəfimizdən Rusiya ilə dialoqu dəstəkləməyə hazır olmalıyıq”.

“Kürü diplomatiyası”

AŞ PA-nın daxili qaydalarına uyğun olaraq, sədr postuna namizəd irəli sürmək hüququ Liberallar və Demokratlar Alyansından Avropa Xalq Partiyası fraksiyasına keçib. Bu mənada, Pedro Aqramuntun seçilməsi də əvvəlcədən müəyyənləşdirilmişdi.

Mübahisəsiz demək olar ki, Aqramunt assmblşeyasının siyasi cəhətdən “ağırçəkili”lərindəndir. O, 2000-ci ildən Ispaniyanı AŞ PA-da təmsil edir. 2013-cü ildən isə ən böyük fraksiyalarından birinə rəhbərlik edir. Ixtisasca hüquqşünas olan Aqramunt həm də AŞ PA-nın hüquq komitəsinin üzvü idi, bu mənada, insan haqlarının müdafiəsilə məşğul olurdu. AŞ PA-nın ondan əvvəlki sədri Ann Broşurdan fərqli olaraq, Aqramuntu “mətbuatın sevimlisi” adlandırmaq çətindir. O, jurnalistlərlə ünsiyyətə həvəsli deyil və kəskin mövzularda sualları cavablandırmaqdan bir çox hallarda imtina edir.

Bir neçə il əvvəl “Avropa Stabillik Təşəbbüsü” təşkilatı Aqramuntu korrupsiya əməllərində ittiham edib. Təşkilat “kürü diplomatiyası”ndan həvəslə faydalanan üç deputatdan biri kimi təqdim etmişdi.

“Kürü diplomatiyası” termini ilk dəfə “Avropa Stabillik Təşəbbüsü” təşkilatının Azərbaycanda insan haqlarının pozulmasına dair hesabatında işlədilib. Söhbət ondan gedirdi ki, rəsmi Bakı Avropa Şurasını insan haqlarının pozulmasına göz yumması üçün səxavətli hədiyyələrlə necə susdurur.

“Avropa Stabillik Təşəbbüsü”nün ekspertləri bildirirdi ki, həmin dövrdə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi olan Aqramunt Ilham Əliyev rejiminin addımlarına haqq qazandırmağa cəhd edirdi, bu ölkədə siyasi repressiyaları, insan haqlarının pozulmasını “görmürdü”.

Siyasət şöbəsi