Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib. Rayonun Bayan kəndi ərazisində “Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb.
Qəza nəticəsində Daşkəsən rayon Mədəniyyət Şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır. (APA)



