Həbsdəki futbolçu məhkəmədə jurnalistin ölümü barədə nələr dedi?

cavid-huseynov1

Cavid Hüseynov: “Bilsəydim ki, məsuliyyətsizlik eləyəcəklər, onu öz hesabıma oradan çıxarıb başqa yerə aparardım…”

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə əlaqədar həbs olunan futbolçu, “Qəbələklubunun keçmiş kapitanı Cavid Hüseynov yanvarın 26-da məhkəmə qarşısına çıxarılıb. O, bibisi oğlu Elşən İsmayılov da daxil olmaqla, Rasim Əliyevi döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsində şahid qismində ifadə verib. Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan Cavid Hüseynovun əlləri qandallı olub.

Futbolçu ifadəsində bildirib ki, bibisi oğlunun digərlərilə birlikdə Rasim Əliyevi döyməyə getməsi barədə məlumatı olmayıb. Bu haqda hadisədən bir neçə saat sonra xəbər tutub: “Heç Rasimin mənim barəmdəfacebookda yazdığı statusdan da xəbərim yox idi. Evdə idim, bibim oğlu Elşən “Whatsappa mesaj göndərdi ki, Rasim Əliyev adlı şəxs sənin haqqında belə bir şey yazıb. Mən dedim, söhbətin başını burax, jurnalistdir, qoy yazsın, işin olmasın. Elşən dedi ki, “mən Rasimlə danışmışam, məsələyə mən qarışmışam, çünki mənim anamı söyüb“. Elşəndən Rasimin nömrəsini alıb, ona zəng elədim. Uzun danışdıq, söhbətimiz mülayim keçdi. “Facebookda belə bir status yazmasının səbəbini soruşdum, dedi ki, “yunan jurnalist həmkarıma hörmətsizlik eləmisən“. Mən isə o hərəkətdə heç bir hörmətsizlik etmədiyimi bildirdim“.

Dörd yaşımda atam şəhid olub

Cavid Hüseynov qeyd edib ki, onun Yunanıstandakı oyundan sonrakı jesti yanlış anlaşılıb: “Məndə vətənpərvərlik uşaqlıqdan olub. Qardaşımın altı, mənim dörd, bacımın isə iki yaşı olanda mənim atam Qarabağ müharibəsinə yollanıb, şəhid olub. Evimizdə həmişə Azərbaycan bayrağı olub. Həmin oyun zamanı tribunada yunanların bizim bayrağımızı təhqir etməsi mənə pis təsir elədi. Oyundan sonra jurnalistlərə müsahibədəki əl hərəkətim yanlış anlaşılıb. Mənə Türkiyə ilə bağlı sual verdilər. Çünki kürəyimə Türkiyənin bayrağını da salmışdım. Mən həmin hərəkətlə AzərbaycanTürkiyə qardaşlığına işarə eləmişdim. Bunu da telefon danışığımızda Rasimə izah elədim. Onu başa salandan sonra məndən üzr istədi. Ona dedim ki, mümkündürsə, yaz ki, “Cavidlə danışdım səhv anladığım üçün ondan üzr istəyirəm“. Sonra Elşənə zəng eləyib dedim ki, heç nəyə ehtiyac yoxdur, Rasimlə danışıb məsələni bağladıq. Sonradan Elşəngilin Rasimlə görüşməyə getməsini, aralarında baş verdiyini bilməmişəm“.

Yolda polislər məni saxladı…”

Bundan sonra məşqə yollandığını deyən futbolçunun sözlərinə görə, oradan çıxanda meneceri Səbuhi ona hadisə barədə internetdə yayılmış məlumatları çatdırıb, jurnalistlərin məsələ ilə əlaqədar ona zəng etdiyini bildirib: “Elşənə zəng elədim, dedi ki, “Rasimlə görüşdüm, ona bir təpik vurdum“. Elşəni xeyli danladım. Çünki məni saymamışdı. Elşənə dedim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Ardınca isə bir insan kimi xəstəxanaya getdim. Xəstəxanada Rasimlə görüşdüm. Rasim dedi ki, “sənin bibioğlun məni çay içməyə dəvət elədi döydü“. Orada Rasim dedi ki, telefonu pulqabısını götürüblər. Ondan üzr istəyib çıxıb getdim. Səhəri gün Qəbələyə gedirdim, yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tez Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol. Yolda polis məni saxlayıb, geri qaytardı“.

Cavid Hüseynov jurnalistin ölümündə hakimləri məsuliyyətsizlikdə ittiham edib: “Mən Rasimlə danışanda hər şey yaxşı idi. Bilsəydim ki, məsuliyyətsizlik eləyəcəklər, onu öz hesabıma oradan çıxarıb başqa xəstəxanaya aparardım“.

Cavid Hüseynov mərhum jurnalistin anası Teyfurə Əliyevanın suallarını cavablandırarkən vurğulayıb ki, onun Rasimlə dəfələrlə telefonla danışması barədə deyilənlər həqiqətə uyğun deyil: “Mən onunla yalnız bir dəfə danışmışam“.

Cavid Hüseynovdan sonra digər şahidlərNihad Abbaslı Ramin İmranov da dindirildi. Nihad Abbaslı da futbolçunun əmisi oğludur Elşən İsmayılov polisə təslim olmağa gedərkən onunla birlikdə olub.

Ramin İmranov isə döyülmənin şahidi olub: “Yaxınlaşıb kömək eləmək istəyəndə Rasim durub qaçdı. Yerdən maşının açarını, saatı, qəpiklərini yığıb o biri səkidə ona verdim. Soruşdum ki, xəstəxanaya aparım? Dedi ki, yox, özü gedəcək. Maşınına əyləşib getdi“.

Məhkəmə prosesi fevralın 2- davam edəcək.

Xatırladaq ki, Rasim Əliyev avqustun 8- Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra xəstəxanaya yerləşdirilib avqustun 9-na keçən gecə orada dünyasını dəyişib. Bu cinayət işi ilə əlaqədar altı nəfər həbs olunub. Onlardan beşiElşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov Samir Mustafayev CMnin 126.3- (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Cavid Hüseynovun işi isə ibtidai istintaqın sonunda ayrılıb. O, CMnin 307.1 (ağır cinayətin hazırlanmasını ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinirBu gün onun işi üzrə məhkəmə prosesi başlayır.

Aytən Məmmədova