Bakıda univermaq çökdü, yaralılar var FOTO

univermaq-dam-cokduBakıda univermaq çöküb. Hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb. Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.