Rusiyada 36 yaşlı azərbaycanlı qətlə yetirilib

bicaqRusiyanın Volqodonsk şəhərində 36 yaşlı azərbaycanlı qətlə yetirilib. Qətl hadisəsi yanvarın 23-də pivə barında baş verib.

İki müştəri arasında baş vermiş mübahisə qətl ilə nəticələnib.

Volqodonsk sakini, 1993-cü il təvəllüdlü şəxs 36 yaşlı azərbaycanlı tanışını bıçaqlayıb. Xəstəxanaya çatdırılan azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxs saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi qaldırılıb. (APA)