merkezibank

«Gəncəbank» bağlanır

merkezibank«Gəncəbank» ASC-nin bank lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, İdarə Heyətinin 22 yanvar 2016-cı il qərarı ilə aşağıdakı səbəblərdən bankın lisenziyası ləğv edilib:

– məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə,

– kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə,

– cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə.

Bu gündən – yanvarın 25-dən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bankı bildirir ki, «Gəncəbank» ASC-də Əmanətlərin Sığortalanması Fondunun əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.