Fuad Qəhrəmanlı dəmir barmaqlıqdan çıxmaqdan imtina etdi FOTO VİDEO

fuad-qehremanli-enyeniMəhkəmə AXCP sədrinin müavinini ev dustaqlığına buraxmadı

Bizim məntiqimiz, arqumentimiz, biliyimiz qarşısında tab gətirə bilmirsiz, ona görə bizi həbs edirsiz…”

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində həbsqətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasında Fuad Qəhrəmanlının özü iştirak edib. Məhkəmədə həm Fuad Qəhrəmanlı özü, həm vəkilləriFəxrəddin Mehdiyev, Yalçın İmanov Nemət Kərimli çıxış ediblər.

Məhkəmə iclasında Nemət Kərimli vəsatət qaldıraraq, Fuad Qəhrəmanlının dəmir qəfəsdən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verilməsini istəyib. Lakin Fuad Qəhrəmanlı özü buna etiraz edib: “Buna ehtiyac yoxdur, çünki dəmir barmaqlıqlar arxasından Azərbaycan reallığı daha aydın görünür“.

Fuad Qəhrəmanlı çıxışında bildirib ki, Azərbaycanda repressiyalar davam edir onun həbsi bu repressiyaların tərkib hissəsidir: “Bu, böyük bir repressiya maşınıdır bu maşın əzəəzə gəlir. Hakimlər bu maşının vintcikləridir. Prokuror burada inkvizisiyanı təmsil edir, onun qanuna heç bir aidiyyəti yoxdur. Bizim məntiqimiz, arqumentimiz biliyimiz qarşısında siz tab gətirə bilmirsiz. Ona görə bizi həbs edirsiz. Amma bunun ömrünə çox qalmayıb. Bu gün mühakimə edənlər sabah özləri mühakimə olunacaq“.

Vəkillərin hər biri çıxışlarında Fuad Qəhrəmanlı barədə seçilmiş həbsqətimkan tədbirinin qanunsuz əsassız olduğunu konkret arqumentlərlə məhkəmə prosesinə sədrlik edən hakim Babək Pənahovun diqqətinə çatdırıblar.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Səttar Rzayev Fuad Qəhrəmanlının həbsdən buraxılmasının əleyhinə olub.

Hakimin qərarı da prokurorun mövqeyinə uyğun olubvəsatət təmin olunmayıb.

Məhkəmədən sonraAzadlıqa açıqlama verən vəkil Nemət Kərimli qərarın onlar üçün gözlənilməz olmadığını bildirib: “Təəccüblü heç baş vermədi. Azərbaycanda ədalət mühakiməsi köhnə ampluasındadır. Ona görə biz bunu gözləyirdik. Təmin olunsaydı, bu, Azərbaycanda son dövrlərdə baş verən hüquqa uyğun nadir hadisələrdən olardı. Amma vəsatətin təmin olunmaması üçün heç bir əsas yox idi“.

Müdafiəçi qeyd edib ki, qərardan apellyasiya şikayəti veriləcək: “Apellyasiya məhkəmənin ədalətli qərar verəcəyinə inanmırıq. Sadəcə, məqsədimiz lazımi instansiyaları keçib bu işi Avropa Məhkəməsinə çıxarmaqdır. Məhkəmədəki çıxışımızda da vurğuladıq ki, Avropa Məhkəməsinin bu qərarın qanunsuzluğunu təsdiqləyəcəyinə əminik. Fuad Qəhrəmanlıya qarşı baş verənləri nəzərdən keçirərkən əminlik yaranır ki, Avropa Məhkəməsi ona münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6- (ədalətli mühakimə hüququ) 10-cu (ifadə azadlığı hüququ) maddələrinin pozulduğunu təsdiqləyəcək. Fuad Qəhrəmanlının həbsindən bir neçə gün sonra Baş Prokurorluq bəyanat yayaraq, onu cinayətkar kimi təqdim etmişdi. Bununla da onun təqsirsizlik prezumpsiyası hüququnu kobud şəkildə pozmuşdu“.

Digər vəkil Yalçın İmanov Fuad Qəhrəmanlının mübariz əhvalruhiyyədə olduğunu bildirib: “Məhkəmədə mübarizənin qələbə ilə nəticələnəcəyinə inamını ifadə etdi“.

Xatırladaq ki, Fuad Qəhrəmanlı “Facebook” səhifəsində yazdığı statuslara görə dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

Aytən Məmmədova