Həsən Ruhani namizədlərin seçkiyə buraxılmamasını tənqid edib

hasan-ruhaniİran prezidenti gələn ay prezident seçkisinə qatılacaq namizədlərin çoxunun seçkiyə buraxılmamasını tənqid edib.

Şərhçilər bu tənqidi İslam dövlətinin iki güc strukturu arasındakı gərginliyin davam etməsi kimi şərh edirlər.

İranın Mühafizə Şurası fevralın 26-da keçiriləcək parlament seçkisinə qatılacaq namizədlərin 60 faizdən çoxunu seçkiyə buraxmayıb.

İran prezidenti Həsən Ruhani deyib ki, 290 yerlik parlament üçün ümidverici namizədlərin yalnız 1 faizi qalıb: “Əgər seçkidə bir dəstə iştirak edəcək, digəri yox isə, o zaman biz niyə seçki keçiririk?”.

Siyasi islahatlar tərəfdarı Hüseyn Maraşi deyib ki, 3 min islahatçı namizədin yalnız 30-u seçkiyə buraxılıb.

Parlamentə seçkilər 4 ildən bir keçirilir.

Seçkili orqan olmayan, 6 dini xadimi və 6 münsifdən ibarət Mühafizə Şurası seçkiyə kimin qatılıb-qatılmayacağını müəyyən edən güc sahibidir.

 

Şuranın qərarı aydın deyil

Şura nədən bu qədər namizədi seçkidən kənarda qoyması hələki aydın deyil. Hərçənd, keçmiş seçkilərdə də qurum islahatçı, ali dini lider Ayatullah Əli Xameneyiyə qarşı loyal olmayan namizədləri seçkiyə buraxmayıb.

İslahatçılarla bərabər bəzi mühafizəkarlar da seçkidən kənar saxlanıb. Onların arasında müxalifətçinin ev dustaqlığına buraxılmasını tənqid edən Əli Moraharidə var.

“Xalq öz “evini” seçmək imkanı verilməlidir”

“Parlament xalqın evidir, bir fraksiyanın evi deyil”, – deyə İran prezidenti bəyan edib. O, yanvarın 21-də hökumət və seçki məmurları ilə görüş keçirib. Prezident xalqa öz “evini” seçmək imkanı verilməsini təklif edib.

Seçkidən kənar saxlananların qərardan şikayət etmək hüququ var və media bir neçə namizədin şikayət məktubunu yayıb.

Məlumata görə, Ruhani vitse prezident Cahangiriyə Mühafizə Şurası ilə bunu müzakirə etməyi tapşırıb.

Ruhani öz səlahiyyətlərindən istifadə edib ali dini liderdən bu müdaxilə ilə bağlı hesab soruşa bilər.

Keçmiş prezidentliyə namizəd və islahatçı siyasətçi Məhəmməd Rza Arif qadağa qoyulmuş namizədlərin bəzilərinin seçkiyə qatılacağına ümidli olduğunu deyib.

Arif Mühafizə Şurasının loyal münasibət bəslədiyi azsaylı islahatçılardan biridir. O, Şuranın bir çox namizədi seçkidən kənar saxlayan qərarını yenidən gözdən keçirəcəyinə inandığını deyib (azadliq.org).