«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Bu gün özünüzü daha yaxşı hiss edəcəksiniz. Yaxınlarınıza qarşı daha anlayışlı və mehriban davranacaqsınız. Uzun zamandır görmədiyiniz bir dostunuz ziyarətinizə gələ bilər və ya təsadüfən qarşılaşa bilərsiniz. Köhnə günləri xatırlayıb birlikdə xoş vaxt keçirəcəksiniz.
BUĞA
Şəhər xaricinə çıxa bilər, sevgilinizlə birlikdə qısa bir tətil edə bilərsiniz. Son dərəcə şən və rahat olacağınız bir gündür. Romantik münasibətiniz daha isti olacaq. Axşama doğru qarşılaşacağınız bir hadisə, yaxud da xəbər duyğularınızı hərəkətə keçirəcək.
ƏKİZLƏR
Yoldaşlarınızın və yaxın qohumlarınızın problemləriylə maraqlanacaq, onlara kömək etməyə çalışacaqsınız. Sevdiyiniz şəxsin diqqət və qayğısı əhvalınızı daha da yüksəldəcək. Səhər saatlarındakı romantik gərginliyiniz axşam saatlarında tamamilə dağılacaq.
XƏRÇƏNG
Uşaqların, yaxın qohumlarınızın problemləriylə yaxından maraqlanacaqsınız. Onlara köməkçi olmağa çalışarkən çətinlik çəkəcəyiniz də istisna deyil. Sevdiyiniz şəxslə aranızda münasibət gərginləşə bilər. Bu gün diqqətinizi evinizə yönəldin, əşyaların yerini dəyişdirə bilərsiniz.
ŞİR
Son dərəcə həyəcanlı və enerjili bir gündür. Sürətlə inkişaf edən hadisələr sizi hərəkətə keçirəcək. Daha müsbət və anlayışlı bir əhatə dairəsindəsiniz. Yoldaşlarınızla birlikdə şən tədbirlər keçirə bilərsiniz.
QIZ
Dəvət və yığıncaqlara getməkdən həyəcanlanacaqsınız. Həyatınızla bağlı dərin düşüncələrə dalacağınız bir gündür. Həyatınızı dəyişdirmək istiqamətində istəklər baş qaldıra bilər. Səbirli və qərarlı olmaqla ətrafınızdakılara təsir edəcəksiniz.
TƏRƏZİ
Bu gün şən məclislər qura bilər, əvvəldən planlaşdırılmış bir gün keçirə bilərsiniz. Yoldaşlarınızla, sevdiyiniz şəxslə birlikdə, qrup halında əyləncə yerlərinə gedə bilərsiniz. Xoş vaxt keçirəcəksiniz.
ƏQRƏB
Fərqli arzularla yaşayırsınız. Gələcəyə zəmanət müstəvisində sərmayələr yatıra bilərsiniz. Ancaq neqativ duyğular zaman- zaman içinizdə yüksəlib pessimist olmağınıza səbəb ola bilər. Ulduzlar hədəflərinizi təyin etməyə çağırır.
OXATAN
Yoldaşlarınızla birlikdə olmaqdan böyük zövq alacaqsınız. Bir az həssas və küsəyən davranacağınız da istisna deyil. Ancaq günortadan sonrakı saatlarda bu halı üstünüzdən atacaq və dostlarınızla birlikdə olacaqsınız. Ictimai fəaliyyət sizi rahatlaşdıracaq.
OĞLAQ
Bəzi hadisələr başınızı qarışdıracaq. Düşüncələrinizi bir daha nəzərdən keçirməlisiniz. Ani qərarlar qəbul edə və ya əvvəldən verdiyiniz qərarları dəyişdirə bilərsiniz. Dərhal qərar vermək üçün münasib gün deyil. Çünki sonradan peşman ola bilərsiniz.
DOLÇA
Rahat, sakit, şən bir gündür. Içinizdən gəldiyi kimi davranacaqsınız. Təbii, bu vaxt tez əsəbiləşə bilər və dözümsüz bir rəftar sərgiləyəcəyiniz də mümkündür. Ancaq yoldaşlarınızın diqqəti əhvalınızı yüksəldəcək. Sevdiyiniz şəxslə birlikdə şən vaxt keçirəcəksiniz.
BALIQLAR
Sakit və rahat bir gündür. Diqqətinizi özünüzə yönəldə bilərsiniz. Istəklərinizi və bu günə qədər etdiklərinizi düşünüb gələcəyə istiqamətli addımlar ata bilərsiniz. Axşam saatlarında isə gəzintiyə çıxın.