Bakıda mənzildən 18 min manat pul oğurlanıb

hebsBakıda mənzildən külli miqdarda pul oğurlanıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl Bakı şəhər sakini Laləzar Həmidovanın evindən 18 min manat oğurlamış həmyerlisi Mirab İbrahimli tutulub.