Bakıda faciə: Boru fəhlənin üstünə düşdü

1453542513Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Qağayı” Gənclər Düşərgəsində dəhşətli faciə baş verib.

Sosial şəbəkələrdə yayılan videodan görünür ki, deyilən ərazidə söküntü işləri aparılan zaman iri boru oradakı şəxslərdən birinin üzərinə düşüb. Həmin şəxs hadisə yerindəcə keçinib. Onun Dövlət Əmlak Komitəsinin əməkdaşı olduğu iddia edilir.

Hadisənin anbaan qeydə alınmış videogörüntüsü “Azadlıq” qəzetinin poçtuna da göndərilib. Lakin video həddən artıq ağır mənzərəni əks etdirdiyi üçün, biz onu öz oxucularımıza təqdim etməmək qərarına gəldik.