Pentensiar Xidmətdən dustaqlara daha bir zülm

penitensiar-xidmetQəzetimizin ötən sayında dərc edilən Tofiq Yaqublunun türmədən qaçması üçün “gizli şifrə” (21 Yanvar ) pentensiar xidmətin diqqətinə səbəb olub. Amma bu diqqət, elə pentensiar xidmətin hazırkı mahiyyətinə, imicinə uyğun olub, əksin olsaydı xeyli təəccüb yaranardı.

Məqalədən də məlum olduğu kimi vicdan məhbusu Tofiq Yaqublunun qızı Nigar Yaqublu yüksək vətəndaşlıq təşəbbüsü ilə çıxış edərək köhnə kişi geyimləri toplayıb türməyə ehtiyacı olanlara aparırdı. Bu kampaniya çərçivəsində xeyli iş görülmüş, türmədə soyuq şəraitdə, qalın geimsiz qalan nə qədər insanın problemi yüngülləşmişdi. Ancaq, dünən Nigar Yaqublu türmədən gətirdiyi xəbərlə onun kampaniyası üçün sevinən çoxların məyus elədi. Onun verdiyi xəbərdə bunlar göstərilirdi:

nigar yaqublu

“Bu gün ata ilə görüşdüm. Hər kəsə salam yolladı. Əhvalı yaxşıdır. Yeri gəlmişkən, qeyd edim ki, etdiyiniz yardımları apara bilmədim. Daha doğrusu aparmağa qoymadılar. Səbəb isə “Azadlıq” qəzetinə ən son verdiyim müsahibə olub. Məlum olub ki, dünən Penitenisiar Xidmətdən həbsxanaya bu məsələ ilə bağlı nümayəndələr gəlib və həbsxana rəhbərliyinə yardımları qəbul etməmək tapşırığı verilib. Bu insanlara deməyə daha sözüm yoxdur. Humanitar bir yardımı qəbul etməmək və hər cəhdlə əngəlləmək, ancaq bizim hökumətə yaraşardı. Mənim məqsədim sadəcə o məhbuslara yardım etmək idi. Qarınları ac olsa da, barı isti geyimləri olardı. Təəssüflə qeyd edirəm ki, hələlik bu yardım kampaniyasını dayandırıram”.

S.Novruz