Neftin ucuzlaşmasından Azərbaycanın itirdiyi məbləğ məlum oldu

dollar2015-ci ildə Azərbaycan gömrük bəyannamələri əsasında 8 milyard 866 milyon 158.60 min ABŞ dolları dəyərində 21 960 322.54 ton xam neft ixrac edib.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 9 milyard 538 milyon 778 min dollar və ya 51,8% azdır. Azərbaycan 2014-cü ildə gömrük bəyannamələri əsasında 18 milyard 404 milyon 936.62 min dollarlıq xam neft satmışdı.

Ötən il, Azərbaycan sayğac göstəriciləri əsasında 32 milyard 520 milyon 401.97 min dollarlıq xam neft satıb.