Maskalı şəxslər mənzildən külli miqdarda pul aparıblar

basqinAbşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsi, ev 77 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Cabir Nəbiyevin evinə girən maskalı və əlisilahlı 3 nəfər ev sahibini və onun oğlu Ələsgər Nəbiyevi döyərək əl-qolunu və ağzını yapışqanla bağlayıblar. Maskalı şəxslər evdən 23 min manat pul və qızıl-zinət əşyalarını götürərək mənzili tərk ediblər.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulublar.

 

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

(apa)