Krediti borcuna görə özünü öldürən vəzifəli şəxsin oğlu imiş

olum-intihar

Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

***

Bu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib.

1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb.

Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub.

(virtualaz)