«Maaş artımı inflyasiya yaradır» deyənlərə daha bir cavab
Rövşən Ağayev
Həftə ərzində büdcədən ödənilən maaş, pensiya vəÿsosial müavinətlərin artırılması ilə bağlı imzalanan sərəncamlardan aydın oldu ki, gündəlik istehlak mallarının qiymət artımı əhalinin gəlirlərinin artım tempini ən azı 3-4 dəfə qarşılayır. “Gəlirlərin artımı qiymət artımına tam uyğunlaşdırılsa, inflyasiya daha da sürətlənər” söyləyənlərə cavab olaraq 2 gün əvvəl bir məqalə paylaşmışdım.
Amma bu mövzuya nöqtə qoyacaq vacib bir məqama toxunmağa ehtiyac var. 2 ay öncə təsdiqlənmiş 2016-cı ilin dövlət büdcəsindən maaşlara vəÿbütün sosial ödənişlərəÿ 5.3 milyard manat ayrılması nəzərdə ÿtutulub. Deməli, 10%-lik artım üçün hökumətə ÿəlavə olaraq təxminən 530 milyon manat tələb edilir.
Halbuki manatın ucuzlaşması və ÿgündəlik tələbat mallarının hazırkı qiymət səviyyəsi bütövlükdə ÿailə ÿtəsərrüfatlarının təkcəÿkredit borclarını və ÿqida istehlakı xərcləriniÿ ən azı 6 milyard manat artırır. Belə ki, Dövlət Statisitka Komitəsinin məlumatına görə,ÿ 2015-ci ildə qida istehlakı (tütün və ÿiçkilər dəÿ daxil) 12.9 milyard manat olub. Bu xərclərinÿ ən azı 40% artması təxminən 5 milyard manatÿ əlavə ÿvəsait tələb edir. Bundanÿ əlavə, banklara xarici valyuta ilə ÿolan 7.5 milyard dollar kredit borcunun 2 milyard dolları ailəÿ təsərrüfatlarının borcudur – bu isəÿ son devalvasiayadan sonra 1 milyard manat ÿəlavə ÿödəməÿ tələb edir.
Nəzərə alaq ki, dövlət büdcəsindən maaş, pensiya vəÿ müxtəlif müavinətlər alan insanların sayıÿ təxminən 2.5 milyon nəfərdir – yəni bütün ölkəÿ əhalisinin təxminən 24%-i. ÿƏgər qiymət və ÿməzənnəÿ artımının yaratdığı izafi xərcləməni cəmiyyət üzvləri arasında proporsional bölsək, bu o deməkdir ki, büdcəÿ sektoruna bağlı insanların illik ÿəlavəÿ xərcləri 1.5 milyard manatdan az olmayacaq. Hökumət isəÿ bunun müqabilində ÿson indeksasiya vasitəsilə həmin zümrəyə ÿcəmi 500 milyon manat kompensasiya təqdim edir.
Aydın məsələdir ki, ağır iqtisadi çətinliklər içərisində ÿolan özəl sektor, ümumiyyətlə, indeksasiyaya getməyəcək və büdcəyəÿ bağlılığı olmayan insanlar tamamən sosial müdafiəsiz qalacaqlar. Əslində ÿindiki iqtisadi şərtlər də ÿözəl sektorun iş yerlərini qoruya bilməsinin özü böyük avantajdır nəinki ÿəmək haqlarını artırmaq.
Bütün bu rəqəmləri və ÿmüqayisələri sadalamağın məqsədi var: Azərbaycan iqtisadiyyatının hazırkı reallıqları şəraitindəÿ gəlir artımının qiymət artımına adekvat olması inflyasiya proseslərini sürətləndirəÿ bilməz. Çünki klassik anlamda “qiymət-əmək haqqı spiralı” o zaman yaranır ki, pul artır, amma ÿəmtəə ÿtəklifi azalır, tələb isəÿ əvvəlki səviyyədə qalır. Yəni bunun sadə ÿizahı budur: cəmiyyətin dünənki tələbatı 100 kq ÿət və ÿ1000 çörəyə idi, bazarda həmin həcmdə ÿməhsulu tapa bilirdi, nəhayət, ÿbu qədər qida üçün xərci isə 1000 manat idi. Bu gün isə ÿyenə ÿcəmiyyətin təlabatı 100 kqÿ ət vəÿ 1000 çörəyədi, amma bazarda 80 kqÿ ət, 800 çörək var, hər kq qida isəÿorta hesabla 50% bahalanıb. Belə şəraitdə ÿgəlirlərin də ÿ50%-i artımı baş verirsə, “əmək haqqı-qiymət spiralı”nın yaranması qaçılmazdır: qiymətlər, arxasınca isəÿ əmək haqqı ÿartacaq və ÿproses tələbata uyğun əmtə əÿtəklifinin formalaşmasına qədər davam edəcək.
Lakin Azərbaycan iqtisadiyyatı üçün belə ÿbir konfiqurasiya real deyil: bazarlarÿ əmtəəÿ qıtlığı yaşamır, ÿəhali tam indeksasiya edilmiş gəlirlərini yığıma deyil, istehlakınıÿ əvvəlki səviyyədə qarşılamağa məhkumdur. Yenəÿsadəÿ bir misal: sizin ailənin dünənki minimum istehlak səbəti 500 manat idi, bu gün 800 manat.ÿ Əgər səbətin dəyərinə ÿuyğun sizin gəliriniz də 300 manat artırsa, siz öncül istehlakınızı ödəməyəÿ çalışacaqsınız. Amma hökumətin qorxduğu kimi, kimsəÿ artan 300 manat gəlirindən 50 manat yayındırıb dollar almağa yönəldəcəksə, bu halların valyuta bazarına təzyiqi nəzərəÿ alınmayacaq dərəcədə ÿkiçik olacaq. Çox az adam minimum ehtiyacları ödənməmiş 50 manat verib 30 dollar almağa qaçacaq.
Qısası, sırf iqtisadi nəzəriyyədən çıxış etsək, inflyasiya təzyiqi altında artan gəlirlər ÿəlavə tələbatı maliyyələşdirməyə deyil, tələbatı ÿəvvəlki səviyyədə ÿsaxlamağa yönəldiyi şəraitdə qiymət artımını stimullaşdırmır. Hətta müəyyən səviyyədə qiymət artımı müşahidə edilsə belə,ÿ idxal siyasəti və ÿistehsalın stimullaşdırılması alətləri sayəsindəÿ inflyasiyanı cilovlamaq da olar.
Əksinə, əhalinin alıcılıq qabiliyyətinin kəskin azaldığı şəraitdə ÿfiskal hakimiyyətin (Maliyyə Nazirliyinin) borcudur ki, monetar hakimiyyətin (Mərkəz Bankın) pul təklifini artırmasına dəstək versin. Bu halda ÿəhalinin gəlirlərinin müdafiəsi bisnesin dövriyyəsini artıracaq -ÿəks halda isə ÿyoxsullaşan ÿəhali tələbatını qayçılamaqda, biznes gəlirlərini sürətlə ÿitirməkdə davam edəcək. Bir ildən sonra hökumət qarşısına çıxan mənzərədən dəhşətəÿ gələcək – əhali fəlakətli dərəcədə ÿyoxsullaşıb, biznesin məkanında isəÿ lələÿköçüb, yurdu qalıb.
Bir çox böhran ölkələrinin uğurlu təcrübələri sübut edir ki, hökumət ÿəhalinin gəlirlərini artırmaqda maraqlı olmalıdır: yaÿ əhalini banklardan borclanmaya həvəsləndirməklə, ya da gəlirlərin artımını dəstəkləməklə. Indiki vəziyyət nəÿ bank sektorunun durumu, nə ÿdə əhalinin faktiki borclarının böyük həcmi kreditlərin götürülməsi variantını istisna edir. Lakin büdcəÿvəÿ minimum ÿəmək haqqı siyasəti vasitəsiləÿ gəlirlərin artımını stimullaşdırmaq imkanları var. Bir daha vurğulayıram: artan gəlirlərlə ÿəhali ilk növbədəÿ istehlak malları almağa üstünlük verəcək.
Nəhayət, ev təsərrüfatlarının banklara 9 milyard manata yaxın borcu var. Onların gəlirləri artmalıdır ki, bankların da borclarını qaytara bilsinlər. Yəniÿ əhalinin gəlirlərinin artımının son ünvanı biznesləÿ yanaşı bank sektoru olacaq.ÿ Inflyasiyanın və manatın ucuzlaşmasının yoxsullaşdırdığı əhalinin bankların əsas gəlir bazası olduğunu nəzərdən qaçırmaq olar. Ələlxüsus da banklar kredit verərkən büdcədən gəliri olanlara üstünlük veriblər. Ona görə bank sektorunun müştəri kontingentində “büdcəçilərin” xüsusi çəkisi böyükdür.
Yanlış sosial müdafiəÿvə ÿgəlirlər siyasətiÿ əhalini yoxsullaşdırır, biznesi çökdürür, bank sektorunu müflisləşdirir…