LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib ki, neftin 1 barrelinin qiyməti 24 dollara düşəcəyi təqdirdə Rusiyada neft hasilatı sahəsində bir çox layihələr bağlana bilər.
Vahid Ələkbərovun sözlərinə görə, 24 dollar ən aşağı mümkün olan həddir: “Analitika göstərir ki, bu həddən aşağı qiymət hətta fəaliyyətdə olan bir çox layihələrin dayandırılması deməkdir” (Virtualaz.org).