İşğal olunmuş Simferopol şəhər məhkəməsi krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmilov haqqında həbs-qətimkan tədbiri seçib.
Bu barədə M.Cəmilovun vəkili facebook hesabında məlumat verib. Vəkilin sözlərinə görə, Mustafa Cəmilova qarşı 3 maddə üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Mustafa Cəmilov Krım Məclisinin lideri Refat Çubarovla birgə Krımın Rusiyaya birləşdirilməsinə əleyhinə çıxmış və yarımadanı tərk etmişdilər.
(qafqazinfo)