İŞİD Liviyada neft terminalına hücum edib

isid1Terrorçu İŞİD qruplaşması Liviyanın şimal-şərqində yerləşən Ras-Lanuf neft terminalına, eləcə də “Harouge Oil Cooperation” şirkətinin mənzil-qərargahına hücum edib.

Virtualaz.org saytı “Sky News Arabia” telekanalına istinadən xəbəır verir ki, hökumətyönlü silahlıların terrorçulara qarşı əməliyyat keçirmələrinə və onların mövqelərinə havadan zərbələr endirməsinə baxmayaraq, İŞİD Liviyanın iki karbohidrogen ehtiyatları ixracı terminalına – Əs-Sidr və Ben-Cavada doğru irəliləməkdədir.

Qeyd edək ki, hər iki rayon Sirt körfəzi sahilində, Ras-Lanufun yaxınlığında yerləşir.