AXCP sədrinin müavini, feysbuk yazılarına görə “Dövlət əleyhinə çağırış” ittihamı ilə həbs edilmiş Fuad Qəhrəmanlının ev dustaqlığına buraxılmasıyla bağlı müraciət edilib. Bu barədə qəzetimizə məlumatı F.Qəhrəmanlının vəkili Nemət Kərimov verib. Artıq müvafiq sənədlər Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. Vəkilin sözlərinə görə, qaldırılan vəsatətə üç gün ərzində baxılmalıdır.
Xəyal