Hirkan Mill Parkı yanır

botanika-yanginHirkan Mill Parkında yanğın hadisəsi baş verib. Yanğın Hirkan Milli Parkı Lənkəran rayonu ərazisinin Türkəncil və Lerik rayonunun “40-cı km” adlanan ərazisində olub.

Hadisə yerinə Lerik və Lənkəran Rayon Yanğından Mühafizə Xidmətinin (RYMX) 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Lənkəran RYMX-dən bildirilib ki, meşə massivindən kənarda yerləşən kol-koslar yanıb. Lakin kənd sakinləri yanğının daha geniş sahəni əhatə etdiyini və parkın ərazisində baş verdiyini deyiblər.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. (Report)