Son bir həftədə 1150 nəfər ixtisara düşüb
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) kütləvi ixtisarların aparıldığı və ixtisara düşən işçilərə kompensasiya ödənilməməsi ilə bağlı məlumatlar yayılıb. “Azərenerji” ASC-dən aldığımız məlumata görə, son bir həftədə qurumun mühafizə sistemindən 900 nəfər, texniki heyətdən 250 nəfər işdən çıxarılıb. Ümumilikdən son həftədə işdən çıxarılanların sayı 1150 nəfər olub. Lakin fevralın 1-ə daha böyük rəqəmin açıqlayacağı gözlənilir. Söhbət işçilərin sayının 3000-ə qədər azaldılmasından gedir. Qeyd edək ki, “Azərişıq” “Azərnerji”dən ayırlanadan əvvəl qurumda 16 min adam işləyirdi. Ayrılandan sonra 8000 işçi qalıb. Hələlik hansı sahələrdə çalışanların ixtisar ediləcəyini açıqlanmır. Qurum rəhbərliyi narazılığın artmasından narahatdır.
Onu da qeyd edək ki, “Azərenerji”də çalışanlar dekabr ayının maaşın almayıb.