IEA: Neft həddindən artıq təklifdən dolayı daha da düşə bilər

neftin-qiymetiBeynəlxalq Enerji Agentliyi (IEA), neft bazarlarının, qlobal tələbin artmasının ləngiməsi və İrana sanksiyaların qaldırılmasından sonra ixracını artırmağa hazırlaşması ilə “hədsiz təklifdə boğula biləcəyini” və bunun qiymətləri daha da aşağı salacağını qeyd edib.

IEA 2016 ili üçün qlobal neft tələbi proqnozlarını, Çinin iqtisadi inkişafının yavaşlaması ilə əlaqədar olaraq aşağı salıb və Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) xaricində olan proqnozlarını yüksəldib.

İEA, OPEC xaric neft təklifinin 2016-da gündəlik 600,000 barel azalacağını, İranın bazara qayıtması ilə ilin ortalarında bu boşluğu doldura biləcəyini qeyd edib. Nəticə olaraq, dünya bazarları ilin ilk yarısında gündəlik 1.5 milyon barrel artıq neft ilə qarşı-qarşıya qala bilər.

Neft 28 dollardan da aşağı enərək son 12 ilin ən aşağı səviyyəsini görüb.

 

(marja)