Bakıda qadın özünü yandırıb öldürdü

yandirmaqBakıda dəhşətli intihar hadisəsi baş verib.

Dünən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış massivindəki mənzildə orada yaşayan 1949-cu il təvəllüdlü Gülarə Həsənova üzərinə yandırıcı maddə tökərək özünə od vurub.

Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İntiharın səbəbi araşdırılır.

 

(lent.az)