20 Yanvar hadisələrini çəkən fotoqrafdan ilginc açıqlamalar FOTO

20yanvar

O əsgərlər yoxa çıxdılar”

“Sovet əsgərlərinin xalqa qarşı təşkil etdiyi qırğının üzərindən 26 il keçməsinə baxmayaraq ağrılarımız hələ də azalmayıb. 20 Yanvar gecəsi Sovet əsgərləri zirehli texnikalarla Bakıya girərək müstəqillik mübarizəsi üçün toplanan vətəndaşlara atəş açdı”.

Bunu azərbaycanlı fotoqraf Rasim Sadıqov CİHAN xəbər agentliyinə müsahibəsində söyləyib. Fotoqraf o günləri hələ də yuxusunda gördüyünü deyib. O, qanlı şənbə gecəsi gördüklərindən danışıb. 60 yaşlı Sadıqov deyir ki, o günləri unuda bilmir: “İnsanların qışqırıqları, yaxınlarının cəsədləri yanındakı ah-nalələri, ağlayan insanları unuda bilmirəm”.

Onun sözlərinə görə, qətliam törədənlərin görüntüsü belə normal hərbçilərdən fərqli olub. “Sanki onları yataqlarından yeni qaldırmışdılar. Uzun saçları, saqqalları, qəribə simaları var idi. Onlar gecə qətliam törətdikdən sonra səhərə yaxın yox oldular. Vəzifələrini icra edib dərhal getdilər. Ardınca Bakıya gənc Sovet ordusu gəldi”.

Qırğından minlərlə foto çəkən Rasim Sadıqov

Bakı – 1990-cı il 20 yanvar

R.Sadıqov baş verən faciəni sənədləşdirmək üçün şəhərin hər tərəfini gəzdiyini, çəkdiklərini əsgərlərin əlinə keçməkdən qorumaq üçün dostlarından da yardım istəməli olduğunu deyib. “Çəkdiklərimi dostlarıma verirdim. Yaxalansam çəkdiklərim fotoların itəcəyindən çox qorxurdum. Qorxduğum başıma gəldi. Hərbçilər məni yaxaladılar. Amma üzərimdə olan iki lentimi aldılar”.

Fotoqraf gördüyü hər şeyi çəkib. Hətta güllə izləri olan ağacı da. “Qan, insan hissələri, yaralılar… Həmin gün 3 minə yaxın foto çəkdim. O gün mənim üçün ölmək qəhrəmanlıq deyildi. Qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi. Hər gün fotoları səfirliklərə, iş adamlarına, əcnəbi jurnalistlərə çatdırırdım. Dünyanın bu hadisədən xəbərsiz olduğunu zənn edirdik. Sonradan öyrəndik ki, hamı səssiz qalmağı seçib. Çəkdiyim fotolar daha çox Türkiyədə yayımlandı”.

O deyib ki, insanlar evlərinin içində belə təhlükəsizlikdə deyildilər. Onlar güllələrdən qorunmaq üçün hamam otaqlarına gizlənirdilər.

Sovet qoşununun Bakıda törətdikləri