Yaxud vətəndaşı ələ salmağın iqtisadi forması
Uzun illərdi aparılan siyasətin ölkəni uçuruma yuvarladığı, bu gedişatın pis nəticələr doğuracağı deyilsə də, hakimiyyət neftin yüksək qiymətinə arxayın olaraq heç bir real islahat aparmadı. Indi isə deyilənlər özünü tam doğurldub və sadə vətəndaş da başa düşür ki, hakimiyyət 22 il ərzində birmənalı şəkildə talançılıq siyasəti aparıb.
Deməli, bu gün üzləşdiyimiz problemlərin səbəbkarı mövcud hakimiyyətdir və hakimiyyət məsuliyyət hiss edərək adekvat addım atmalıdır. Amma müşahidə etdiklərimiz onu göstərir ki, hakimiyyət ən ağır vaxtda da vətəndaşı ələ salmaqdan vaz keçmir, insanların taleyini qəpik-quruşun ümidinə buraxıb. Bildiyiniz kimi, ölkə başçısı islahatlardan danışdı, qiymətlərin endiriləcəyini vəd etdi, işbazların cəzalandırılacağını söylədi, müvafiq tapşırıqlar verdi və s.
Amma nəticədə bəlli oldu ki, Əliyevin anti-böhran tədbiri pensiyaların 10 manat artırılması imiş. Bəli, “Əmək pensiyalarının baza hissəsinin ÿartırılması haqqında” 16 yanvar 2016-ci il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği ÿ2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Sərəncamın icrası ilə bağlıÿDövlət Sosial Müdafiə Fondu Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin edəcək. Nəzərinizə çatdıraq ki, bu 10 manatlıq “anti-böhran” tədbiri 1.8 milyon vətəndaşa şamil olunur və 140 milyon vəsait deməkdir. Bəli, 1.8 milyon nəfərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün 140 milyonluq “səxavət” nümayiş etdirilib.
Əslində, heç bir normal hökumət 130 fazilik devalvasiya, 40 fazilik qiymət artımından sonra 10 manatlıq islahatı özünə sığışdırmazdı. Bu açıq şəkildə vətəndaşın təhqir olunmasıdır. Birincisi, Azərbaycan əhalisi 1.8 milyon nəfərdən ibarət deyil və yaranmış vəziyyət hər kəsi təhdid edir. Ikincisi, manat sürətlə ucuzlaşmağa davam edir və bu 10 manat 1-2 aydan sonra 2 dollardan da dəyərsiz olacaq. Yəni qiymətlərin artması və manatın ölməsi fonunda bu 10 manat yoxa çıxır.
Deməli, ölkə başçısı nə qiymət artıranları cəzalandıra bildi, nə qiymətləri endirməyə iradəsi çatdı, nə devalvasiyanın zərərini sığortalamağı bacardı, nə də monopoliyanın ləğvinə nail oldu. Bütün bunları edə bilmədiyinə görə, 10 manatlıq artımla özünü sığortlamaq qərarı verdi. Amma yenə də qaş düzəltdiyi yerdə göz çıxardı. Onminlərlə insanın işsiz qaldığı ölkədə, 10 manatlıq artım “iqtisadi dələduzluq” anlamına gəlir. Hər il bir insanın doğum günü münasibətiylə “Gül bayramı” keçirib 10 milyonlarla vəsait xərcləyənlər, 1.8 milyon insanın yaşaya bilməsi üçün 140 milyon xərcləməyi məqbul saydı.
Qiymət artımından sonra təkcə siqaret mafiyası ayda 90 milyon manat qazanır. Əgər qiymət artımı 1.5 manatdan götürülsə, bu, siqaret mafiyasının gün ərzində büdcəsinə əlavə olaraq 4.5 milyon manat gətirməsi deməkdir, aylıq isə bu məbləğ 135 milyon edir. Bu göstəriciləri ilə vursaq, o zaman daha iri məbləğ alınır. Beləliklə, bir manat bahalaşma siqaret mafiyasına ilə 1 milyard 80 milyon, 1.5 manatdan isə 1 milyard 620 milyon əlavə vəsait daxil olması deməkdir.
Bəli, Əliyevin böhrandan sonra vətəndaşa göstərdiyi qayğı, siqaret mafiyasının hər ay ciblərdən oğurladığı vəsait qədərdir.
Unun da qiymətini ona görə aşağı saldılar ki, camaat quru çörəyi yeyə bilsin. Əslində isə unun qiyməti aşağı salınmayıb. Sadəcə olaraq son qiymət artımı ləğv olunub və əvvəlki qiymətinə salınıb. Yəni devalvasiyadan əvvəlki qiymət hələ də qüvvədədir.
Beləliklə, ölkə başçısı insanların etirazına son qoyacaq, ölkəni xaosdan xilas edəcək, kütləvi intiharların qarşısını alcaq heç bir addım atmadı. Açıq şəkildə xalqa söylədi ki, mənim köməkliyim sizin bir qisminizə 10 manat bağışlamaq ola bilər.
Samir