Ötən gün AXCP Qəbələ rayon şöbəsinin Ali Məclisinin üzvü Qiyami Sərvinuşu Qəbələ rayon polis bölməsinə aparıblar. Polis rəisinin müavini Etbar Babayev onu həbs etməklə hədələyib. Rəis müavini onu mitinq təşkil etməkdə, camaatı ayaqlandırmaqda günahlandırıb.
Bildirilib ki, Qiyami Sərvinuş “facebook”da təxribatçı faəliyyətlə məşğuldu. Sonda ona deyilib ki, Qəbələdə hər hansı aksiya, xalq etirazı baş verərsə, onu həbs edəcəklər.
Qiyami Sərvinuş isə səslənən ittihamlarla razılaşmadığını, heç bir təxribatçı fəaliyyət göstərmədiyini bildirib.
Göründüyü kimi, hakimiyyət insanların haqlı etirazlarına adekvat cavab vermək əvəzinə, baş verənləri fürsət kimi dəyərləndirib, cəbhəçi ovuna başlayıb.
Məsələni diqqətdə saxlayacağıq.