Milli Məclisin fövqəladə iclasının gündəliyi bilindi

milli-meclis1Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə beş məsələ daxildir.

Parlamentdən APA-ya verilən məlumata görə, bunlar Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında” qanunlara dəyişikliklər layihəsidir.

Qeyd edək ki, Milli  Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.