Həbs edilən müstəntiqin anası: “Ailənizin üzünə necə baxdınız?”

eldar-sabiroğlu-xanımıHəbs edilən müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova oğluna ünvanlanın müraciət yayıb. Müraciətdə o, oğlunun üzünə duran şəxslərin ailələrinə də səslənib:

“Oğlumun səhhəti pisləşib. Həkimlərdən xahiş edirəm ki, ona yaxşı baxsınlar. Bütün ümudlərim Rüfətə bağlıdır, nə qədər iş verirlər özləri bilər, qoy versinlər. Bizim əlimizdən nə gəlir ki… Heç olmasa sağ səsini eşidib təsəlli tapım.

Rüfət, sənə qurban olum, darıxma. Yuxarıda Böyük Allah var! Oğlum əllərindən öpürəm. Mətin ol!

Görəsən, Rüfətə bu toru quranların Allahı var, ya yox? Üzünə iki Zərdab şakinini qoydular. İstərdim bu şəxslər nə qədər vicdanlı hərəkət etdiklərini götür-qoy etsinlər. Allah qıymasın, sizin övlatlarınıza biz belə ədalətsiz iş nümayiş etdirməzdik. Ailənizin üzünə necə baxdınız? Uşaqlarınız, həyat yoldaşlarınız sizdən soruşdularmı kı, niyə belə bir ayıb iş tutdunuz? Bundan sonra camaatın içərisinə necə çıxa biləcəksiniz? Mən hər ikinizin həyat yoldaşınıza – xanımlarınıza müraciət edirəm. Ərlərinizin bu hərəkətinə necə baxırsınız, onlar kişilik etdilərmi?

Gözümün nuru oğlum, qəm-qüssə yemə, hər gün mən və həyat yoldaşın Nuray namazlarımızda sənə dualar edirik, Qurandan ayələr oxuyuruq. Quran sənin köməyin olsun. Başqa kimsədən kömək gözləmirik. Mən bütün haqqı yazanlara, hörmətli jurnalistlərə çox-çox təşəkkur edirəm”.