guler-ehmedova3

Gülər Əhmədova yenidən məhkəmə qarşısında

guler-ehmedova3Keçmiş deputat ona verilmiş cəzanın ləğvi və məhkumluğun götürülməsini tələb edir; Yasamal Məhkəməsi ona “yox” deyib

Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın şikayətinə baxılacaq. Sabiq deputat üzərindəki cəzanın ləğvini tələb edir.

Gülər Əhmədova Bakı Apellyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qərarı ilə ona verilmiş şərti məhkumetmə cəzasının ləğvi və məhkumluğun götürülməsi iddiası ilə ötən ilin noyabrında məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun iddiasını təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Gülər Əhmədova ondan apellyasiya şikayəti verib. Sabah hakim Faiq Qasımovun sədrliyilə həmin şikayətə baxılacaq.

Xatıqladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videodan sonra 2013-cü ilin fevralında həbs olunub. 2005-ci ilin parlament seçkiləri ərəfəsində lentə alınmış həmin video görüntülərdə Elşad Abdullayev, Gülər Əhmədova və hər ikisinin ortaq tanışı olan, görüntülərin yayılmasından az sonra – 2012-ci il dekabrın 26-da Türkiyədə dünyasını dəyişən Sevinc Babayeva deputat olmaq üçün 1 milyon dollar lazım olmasından bəhs olunur. Elşad Abdullayev artıq 500 min dollar verdiyini bildirir, Gülər Əhmədova daha 500 verilməsinin lazım olduğunu deyir.

Gülər Əhmədova  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə üç il azadlıqdan məhrum edilmiş, sonradan apellyasiya məhkəməsi həmin cəzanı cəzası şərti hesab edərək, onu məhkəmə zalından azadlığa buraxmışdı.

Aytən