“Binə” və “Sədərək”də dükanlar bağlandı FOTO VİDEO

bine ticaret merkezi

Böhran və bahalıq ticarəti məhv edib; sahibkarlar etiraz aksiyası keçirdi

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “Binə”də ticarətçilər yanvarın 18-də dinc etiraz aksiyası keçiriblər. Onlar dükanlarını bağlayaraq, işləməkdən imtina ediblər. Səbəb ölkədə baş verən böhran fonunda icarə haqqının bahalığı, sərbəst ticarət üçün yaradılan başqa problemlər səbəbindən ticarətçilərin zərərlə üzləşməsidir. Onlar heç olmasa, icarə haqqının aşağı salınmasını istəyirlər.

Ticarət Mərkəzinə baş çəkərkən gördük ki, bütün sıralarda dükanların əksəriyyəti bağlıdır. Sıraların yalnız ön hissələrində bəzi dükanlar işləyirdi. Əksər dükanların üzərində “icarəyə verilir” elanı yazılıb.

Mağaza sahiblərindən biri bizimlə söhbətində deyib ki, “bazarda alver ölüb, gəlir yoxdur”. Sahibkarlar da istəyir ki, bu məsələni nəzərə alıb, icarə haqqı azaldılsın. Çünki indiki məbləği vaxtında ödəyə bilmirlər: “Belə getsə, hamımız dükanlarımızı atıb gedəcəyik. Işləmək mümkün deyil”.

 

 

Ticarət Mərkəzinin açıq dükanlar olan sıralarında hər cərgənin başında mülki geyimli xüsusi adamların olduğu müşahidə edilib. Satıcılar həmin şəxslərin bazarın işçiləri olduğunu deyərək, müəyyən məsələləri onların yanında danışmağa ehtiyat ediblər: “Kim səsini çıxarır, polis çağırıb, təzyiq eləyirlər…”

Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova “baku.ws” saytına deyib ki, ticarətçilərin aksiya keçirdiyi haqda məlumat doğru deyil. Icarə haqları da qaldırılmayıb: “Biz 2008-ci ildən bura köçmüşük. O vaxtdan bəri icarə haqqları nəinki qaldırılıb, hətta bu məbləğ bir az azaldılıb. Biz satıcılara daim güzəştlər edirik. Yaxın günlərdə yenə də güzəştlər edəcəyik. Yer pulunun qaldırılması məsələsi isə ağ yalandır”.

 

“Sədərək”də də alıcılar azalıb

“Sədərək” Ticarət Mərkəzində də əksər dükanlar bağlıdı. Səbəb alıcı azlığıdır.ÿSatıcılar “Azadlıq”a bildiriblər ki, alver ÿolmadığından bir çox dükan sahibləri mağazaları bağlamaqÿ məcburiyyətində qalıblar.

“Malların əksəriyyəti xaricdən gətirilir. Devalvasiyadan sonra bütün malların maya dəyəri artıb. Amma biz nəinki qiymətləri artırmırıq, hətta xeyli dərəcədə endirimlər də edirik. Amma buna baxmayaraq, əhalinin alıcılıq qabiliyyəti yoxdur. Indi elə zəmanə gəlib ki, hər kəs yalnız gündəlik yeməyinin hayındadır. Üstəlik, yer haqlarının çox olması da işləməyə imkan vermir”, – deyə satıcılar bildirib.

AXCP sədrindən sahibkarlara dəstək

AXCP sədri Əli Kərimli də ticarət mərkəzlərində çalışanlara dəstəyini ifadə edib. Əli Kərimli bildirir ki, ticarət mərkəzlərində mağazaların bağlanması hökumətin böhranla bağlı hər hansı tədbir görə bilməməsi, əksinə, sahibkarları sıxışdırmasının nəticəsidir:

“Başqa necə ola bilərdi ki? Kiçik və orta biznesi rəsmən məhv edirlər. Biz deyirik, ölkə ağır sosial-iqtisadi böhrana girib, təcili və sistemli islahatlar başlanmalıdır. Bəs hökumət nə edir” Sahibkara dollar satmır, dolların da inhisarını yaradır, gömrük qaydalarını daha da sərtləşdirir, idxaldakı inhisarı ləğv etmək, bahalaşma probleminin həllinə ciddi yanaşmaq əvəzinə, sahibkarı, ticarətçini prokurorla hədələyir. Bu da nəticəsi. Iranın dünya neft bazarına qayıtması ilə neftin qiyməti yenə düşdü və düşməkdə davam edəcək. Bu qabiliyyətlə idarə olunan ölkədə təəssüf ki, çətinliklər hələ artmaqda davam edəcək”.

Təzəxan Mirələmli