Bakıda yaşayış binasında yanğın

torqovi yanginBakının Nəsimi rayonunda Nizami küçəsindəki yaşayış binasının çardağında yanğın baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğınsöndürənlər binanin damındakı yardımçı tikilidəki yanğının mənzillərə keçməsinin qarşısını alıblar.

Yanğın tam söndürülüb.

***

Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi prosesi davam edir.