ulduz fali

BÜRCLƏR – 16.01.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Bu gün tənbəllik etməyin, vacib işlərinizi sabaha təxirə salmayın. Günün ikinci yarısında maliyyə çətinliyi yaşana bilər. Ayağınızı yorğanınıza görə uzadın.

BUĞA

Bu gün ciddi fiziki yük məsləhət görülmür. Adi, gündəlik işlərlə kifayətlənə bilərsiniz. Axşam saatlarını dostların əhatəsində keçirəcək və bu görüşdən zövq alacaqsınız.

ƏKIZLƏR

Uğurlu gündür. Mötəbər şəxslərlə görüşün faydasını görəcəksiniz. Əhatənizdə olanlarla yaxşı dil tapacaqlar. Uşaqlarla zaman keçirməyə vaxt ayırın.

XƏƏNG

Günün ikinci yarısında əhvalınızın pisləşəcəyi gözlənilir. Gün fiziki iş üçün münasib deyil. Səhhətinizə laqeyd yanaşmayın. Həkim müayinəsinə ehtiyacınız var.

ŞIR

Günün birinci yarısı gərgin keçəcək və bu vədədə asanlıqla səhv edə bilərsiniz. O üzdən alış-veriş aparmaq, hesab işlərilə məşğul olmaq məsləhət deyil. Axşam saatlarını yaxşı olar ki, evdə keçirəsiniz.

QIZ

Düşmənləriniz sizin yolunuzda manelər düzəltməklə bəzən buna nail olurlar. Xoşbəxtlikdən siz sakitliyinizi qoruyub saxlayacaqsınız. Yaxınlarınızı sevindirin.

TƏRƏZI

Bu gün boş söhbətlərdən uzaq olun, adınızın dedi-qodularda hallanmasına imkan verməyin. Yeni tanışlıq üçün də münasib gün deyil. Sevdiyiniz şəxsin sizin diqqətinizə ehtiyacı var.

ƏQRƏB

Bu gün fikrinizin dağınıq olması işin uğurlu aparılmasına mane olacaq. Axşam saatları eksperimentlər üçün məhsuldar olacaq. Həmin saatlarda siz ən çətin hesab etdiyinz işi asanlıqla reallaşdıracaqsınız.

OXATAN

Bu gün daxili səsinizin diqtəsinə qulaq asacaqsınız. Bu isə bəzən yanlış yola aparan üsuldur. Bu gün yeni layihələrə girişməyin, sövdələşmə aparmayın.

OĞLAQ

Günün birinci yarısında maliyyə çətinliyi ola bilər. Qohum və dostların dəstəyinə arxalana bilərsiniz. Yola çıxmağınız məsləhət deyil.

DOLÇA

Bu gün liderlik xüsusiyyətinizi göstərə biləcəksiniz. Iş yerində özünüzə müttəfiq tez tapacaqsınız. Bu gün ailə-məət problemlərini də asanlıqla həll edəcəksiniz.

BALIQLAR

Çətin durumda sizə dayaq olan şəxslə görüşəcəksiniz. Bu görüş bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətirəcək. Keçmişi analiz etməklə həyatınızı düzgün istiqamətə yönəldəcəksiniz.