Sumqayıtda ticarətçilər etiraza qalxdı

karvan ticaret merkeziSumqayıtda “Karvan” ticarət mərkəzində çalışan sahibkarlar icarə haqlarının yüksək olmasına etiraz edərək mağazaları açmırlar.  Bu barədə “Azadlıq”a Sumqayıt sakinlərindən biri məlumat verib. Məlumata görə, yer haqqının baha olmasına etiraz edən ticarətçilər dükanları açmadan imtina edib və icarə haqqının azaldılmasını tələb edib. Lakin ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov  sahibkarlarla görüşündə heç bir güzəşt etməyəcəyini deyib. Hazırda A.Əhədovla sahibkarlar arasında danışıqlar gedir.