Şirvan cəbhəçisinə 30 sutka verildi

axcpÖlkədə sosial tələblərlə etiraz aksiyaları artmaqdadır. Artıq ölkənin bir çox regionlarında insanlar küçələrə axışaraq dərinləşən böhranın qarşısını almağı tələb edir. Hakimiyyət isə etirazları bəhanə edərək AXCP-yə qarşı repressiyaları gücləndirir. Son bir neçə gündə partiya üzvlərindən həbs edilənlərin sayı artıb. Bu gün AXCP Şirvan şəhər şöbəsinin üzvü Şahin Əlizadəyə 30 sutka həbs cəzası verilib.

azadlıq.info