Rusiya Türkiyə şirkətlərinə qarşı sanksiyanı ləğv edir

stadion tikintisi rusiyaRusiya Türkiyə şirkətlərinə qarşı ötən ilin noyabrından tətbiq etdiyi sanksiyaları yumşalda bilər. Buna səbəb 2018-ci ildə ölkədə keçiriləcək futbol üzrə dünya çempionatı üçün tikilən obyektlərinin yarımçıq qalmaq təhlükəsidir. Rusiyada tikinti işləri aparan 30 şirkət sanksiyalardan azad olunacaq.

Lakin Rusiyada bu şirkətlər qarşısında şərti ondan ibarətdir ki, onların illik dövriyyəsi azı 60 milyard rubl (785 milyon dollar) təşkil etməlidir.

Bundan başqa, həmin şirkətlər Rusiya ərazisində ortaq rus-türk qurumları yaratmalıdırlar.