Rusiya Ermənistanda qırıcıların təlim uçuşlarına başladı

teyyare qiriciRusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı Erebuni aviasiya bazasında gənc pilotların “MiQ-29” qırıcılarında uçuş təlimi başlayıb.

Bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pilotlar ilk dəfə sərbəst şəkildə “MİQ-29” döyüş təyyarələrinin dördüncü nəslində dəniz səviyyəsindən 4-5 km yüksəklikdə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Təlim zamanı təyyarəçilər 30-dək 10 saatdan artıq uçuş edəcəklər. Bu il fevralın ortalarında keçiriləcək təlimdə isə onlar daha mürəkkəb tapşırıqları yerinə yetirəcəklər. (Report)