Prezident İlham Əliyev Ramin Namiq oğlu Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Digər sərəncamla o, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Qeyd edək ki, sabiq nazir Əli Abbasovdan sonra R.Quluzadə adıçəkilən nazir vəzifəsini icra edib. O, bu vəzifəyə qədər Heydər Əliyev Fondunda işləyib.