Quba Cümə məscidində bomba həyəcanı FOTO

quba mescidYanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub. Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

AzadlıqRadiosunun əməkdaşı hadisə yerindən xəbər verir ki, hazırda məscidə partlayıcı qoyulub-qoyulmaması araşdırılır.

Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib.